Bakının mərkəzində kişinin başı kəsildi - Hadisə yerindən GÖRÜNTÜLƏR

Bakıda dəhşətli qətl hadisəsi baş verib. Kirayəşin evində qaldığı 75 yaşlı kişi boğazı kəsilərək qətlə yetirilib.
Hadisə Nizami rayonunun Əlif Hacıyev küçəsində gecə saatlarında baş verib. Ev sahibi 75 yaşlı Tahir Əliyevin 59 yaşlı Zahid İsayev tərəfindən bıçaqlandığı bildirilir. Hadisə vaxtı qətlə yetirilən kişinin oğlu başqa evdə olub. O gəldikdə, atasının artıq can verdiyini görüb.
Məlum oldu ki, öldürülən Tahir Əliyev hələ bir neçə il əvvəl ''Xəzər Xəbər''ə də müsahibə verib. O, səhiyyə sahəsində müəyyən araşdırmalarla məşğul idi və onun fəaliyyəti fərqli vaxtlarda bir neçə dəfə çəkilərək efirə təqdim edilib.
Qonşular qışqırıq səsləri eşitdiyini, hadisə yerinə gəldikdə isə artıq gec olduğunu deyirlər.
Faktla bağlı Nizami Rayon Prokurorluğu da məlumat yayıb. Bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanıb.
Qaradağ rayonunda da ağır qətl hadisəsi törədilib. Burada isə oğul öz anasını qətlə yetirib. Hadisə bu gün səhər saatlarında rayonun Ümid qəsəbəsi ərazisində baş verib. Burada isə 57 yaşlı Aybəniz Şükürova öldürülüb. Onu qətlə yetirməkdə 33 yaşlı oğlu Kamran Şükürov şübhəli bilinir. Qeyd edilir ki, o, anasını kəsici-deşici alətlə qətlə yetirib. Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aysel Həsənova bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polisə könüllü təslim olub.
Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












