Bakının mərkəzində yeniyetmələrə qarşı cinayət

Bakı şəhər sakini övladının Fəvvarələr Meydanında tanımadığı şəxslərin soyğunçuluğuna məruz qalması barədə polisə müraciət edib.
Lent.az xəbər verir ki, 1974-cü il təvəllüdlü Hüseynov Əjdər Həsənağa oğlu bildirib ki, N.Rəfibəyliküçəsi 25 ünvanının qarşısında (Fəvvarələr Meydanı) 2 nəfər naməlum şəxs onun oğlu, 16 yaşlı Kamranın “Stels” markalı velosipedini zorla əlindən alıb. Şikayətçi velosipedin qiymətinin təxminən 900 manat olduğunu da əlavə edib.
Oxşar məzmunlu şikayətlə 55 yaşlı Paşa İsmayılov da polisə müraciət edib. Şikayətçi qeyd edib ki, nəvəsi, 15 yaşlı Paşa İsmayılov Fəvvarələr meydanında tanımadığı şəxslərin zorakılığına məruz qalıb və həmin şəxslər yeniyetmənin “Merida” markalı velosipedini əlindən alıb.
Həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Ələt sakini, 1997-ci il təvəllüdlü Həsənov Etibar Elçin oğlu müəyyən edilərək saxlanılıb. Onunla birgə soyğunçuluqda şübhəli bilinən İlqar adlı gəncin isə şəxsiyyəti müəyyənləşdirilib.
Araşdırmalar davam etdirilir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












