Bakının yaşıllıq sahələri artırılacaq
Gündəm
9 Oktyabr 2020 16:44

Bakı şəhəri ərazisində yaşıllıq sahələrinin və açıq məkanların artırılması Bakı şəhərinin Baş Planının əsas prioritetlərindən biridir. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış Bakının Baş Planının ilkin layihəsində qeyd olunub.
Bu məqsədlə "Dövlət Şəhərsalma Norma və Qaydalarına (AzDTN 2.6-1)" uyğun olaraq, Bakı şəhərinin Baş Planı çərçivəsində adambaşına düşən yaşıllıq sahəsinin 8 kvadrat metrə çatdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Bu hədəfə nail olmaq üçün mövcud yaşıllıqların qorunması, yeni inkişaf ərazilərində tələb olunan səviyyədə açıq məkanların yaradılması və bir neçə layihənin həyata keçirilməsi planlaşdırılır. İcra olunacaq layihələr Xocahəsən gölünün ətrafında geniş parkın salınmasını, Bakı bulvarının uzunmüddətli perspektivdə uzadılmasını (Bibiheybət ərazisi daxil olmaqla) və Böyükşor, Zığ və Bülbülə göllərinin ətrafında yaşıl istirahət zonalarının salınmasını əhatə edir.
Oxunub : 1018
DİGƏR XƏBƏRLƏR
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
26 Sentyabr 2026 09:01
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
25 Sentyabr 2026 20:30
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
25 Sentyabr 2026 17:58
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
25 Sentyabr 2026 15:41
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
25 Sentyabr 2026 12:18
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
25 Sentyabr 2026 11:30
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
25 Sentyabr 2026 11:00
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
25 Sentyabr 2026 08:18
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
24 Sentyabr 2026 19:30
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
24 Sentyabr 2026 18:59
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
ŞƏRH YAZ













