"Bakıya yaxın bir yerdə yeni paytaxt tikmək daha yaxşı fikirdir" - Vahid Əhmədov

Paytaxt Bakı gündən günə böyüyür, insanlar həm öz regionlarımızdan, həm də xarici ölkələrdən bu şəhərə daha çox axın edir, yeni binalar tikilir... Bütün bunlar isə şəhərdə sıxlığın yaranmasına gətirib çıxarır. Elə bu səbəbdən də paytaxtın Bakıdan başqa bir şəhərə köçürülməsi məsələsi gündəmə gəlir.
Avtosfer.az-ın məlumatına görə, paytaxtın köçürülməsi ilə bağlı Redaktor.az-a danışan keçmiş millət vəkili Vahid Əhmədov bildirdi ki, bu addımı çoxdan atmaq lazım idi, biz artıq gecikirik:
"Paytaxtda bu gün kifayət qədər sıxlıq var, böyük binalar tikilib, əhalinin əksər hissəsi Bakıda yaşayır. İnsanlar işə gedib çatanadək azı 1 saat yolda vaxt keçirirlər. Heç olmasa, nazirlikləri, universitetləri kənara köçürmək lazım idi. Bunun üçün Yeni Yaşma tərəfdə, Qaradağ tərəfdə imkan var idi. İndi paytaxtı Ağdama köçürməyi təklif edirlər. Mən hansısa şəhərə köçürülməsinin tərəfdaarı deyiləm".
Eks-deputatın sözlərinə görə, yeni şəhər yaradılmalıdır:
"Necə ki, Qazaxıstanda Astananı yaratdırlar, bizim də imkanlarımız var ki, yaxın ərazidə şəhər yaradılsın və bütün hökümət qurumları, ali təhsil müəssisələri ora köçürülsün. Bir vaxt Azərbaycanda 320 min maşın var idi, indi maşınların sayı 2 milyonu keçib. Bu, çox ciddi məsələdir. Ancaq son vaxtlar Bakı İstanbul kimi bir şəhərə çevrilib, turizm mərkəzidir. Ona görə də Bakıya yaxın bir yerdə yeni paytaxt tikmək daha yaxşı fikirdir".
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












