Baksol yolunda baş verən yanğının zərəri nə qədərdir? - VİDEO

Qapısı açıq, həyətində yanğın zamanı sıradan çıxmış tullantılar... Avtosfer.az xəbər verir ki, Bakının Binəqədi rayonu, Baksol yolu ərazisində ötən gecə baş verən yanğın hadisəsindən sonra geriyə qalan mənzərə belədir. Kimisi kifayət qədər geniş ərazini əhatə edən bu həyətdə mebel sexinin fəaliyyət göstərdiyini, kimisi isə burada müxtəlif istiqamətli məişət avadanlıqlarının istehsal olunduğunu bildirsə də, ərazidə olan şəxslər kameramızdan yayındılar. Sexə məsul əməkdaşlar isə hasardan aşaraq suallarımızı cavablandırmaqdan imtina etdilər. Yanan sexə bitişik ərazidə fəaliyyət göstərən dayanacaq gözətçisi isə müəssisənin işlək sex deyil, anbar kimi fəaliyyət göstərdiyini qeyd etdi. Təxminən bir saat gözlədikdən sonra sexin sahibi əraziyə gəlsə də, o, nə dəyən ziyanla bağlı açıqlama verdi, nə də yanğının səbəbləri barədə danışdı. Sahibkar yalnız müvafiq qurumların araşdırmasından sonra dəqiq məlumat verəcəyini bildirib.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












