"Bakubus" avtobuslarında sürət həddi niyə endirildi? – TƏFƏRRÜAT + VİDEO

"Bakubus"a məxsus avtobusların sürət limiti endirilib. Sərnişinlərin sözlərinə görə, sürət həddi saatda 50 km-ə salınıb. Bu isə gecikmələrə səbəb olur.
Sərnişinlərin fikirlərini sürücülər də təsdiqlədi. Bir aya yaxındır ki, tətbiq edilən sürət limiti heç onların da ürəyincə deyil.
Məsələ ilə bağlı "Bakubus" MMC-dən bildirilib ki, bu qərarın verilməsinə səbəb qəzaların sayının artması olub.
Qurumdan o da bildirildi ki, bu qərar sözügedən avtobuslar üzrə qəza statistikasına müsbət təsirini göstərib. Belə ki, qəzaların sayı 40 faiz azalıb. Hazırda xüsusi avtobus zolaqlarının genişləndirilməsi üzrə işlər davam etdirilir. Avtobus zolaqlarının üstün cəhətlərindən biri təhlükəsiz və operativ sərnişindaşımanın həyata keçirilməsidir:
“Zolaqlar şəbəkəsi genişləndikcə sürət həddinin tənzimlənməsinə yenidən baxılma zərurəti meydana çıxacaq",- deyə qurum rəsmisi əlavə edib.
Ətraflı videomaterialda.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












