"BakuBus" hələ piarla məşğuldur"

Sərnişindaşıma xidməti göstərən "BakuBus" MMC-yə məxsus avtobusların işini hələlik rentabelli saymaq olmaz. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Bəzi marşrut xətlərində "BakuBus" MMC-nin avtobuslarının sərnişinlərlə tam dolmaması məsələsinə aydınlıq gətirən qurum rəsmisi qeyd edib ki, buna səbəb onların kartla işləməsidir: "Bakıda ilk dəfədir ki, kart sistemi ilə işləyən avtobular fəaliyyət göstərir. Kart sisteminə keçid həm çətin, həm də vaxt alan prosesdir. Cəmiyyətimiz tam olaraq kart sisteminə adaptasiya olmayıb. Ona görə də avtobusların sərnişinlərlə dolmasında bir qədər problemlər yaşayırıq. Amma insanların hamısında kart olandan sonra bu problem də öz həllini tapacaq".
N.Allahyarova qeyd edib ki, təmsil etdiyi qurum hazırda diqqəti daha çox "BakuBus" MMC-nin ictimaiyyət arasında tanıdılmasına sərf edir: "Bütün şirkətlər fəaliyyətinin ilk vaxtlarında özlərinin "piar"ı ilə məşğul olurlar. Bizim qurumun da fəaliyyəti hazırda bu istiqamətdədir. İcitimaiyyət, ilk növbədə, "BakuBus" MMC-nin və kart sisteminin nə olduğunu anlamalıdır. Bunun üçün bir sıra işlər görmüşük".
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












