Balakəndə karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirildi - VİDEO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə rayon ərazisində növbəti tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və açıq ictimai məkanlarda polis əməkdaşları tərəfindən sakinlər arasında maarifləndirici söhbətlər aparılır, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi, sosial məsafənin qorunmasının vacibliyi barədə tövsiyələr verilir.
Reydlər zamanı mağazalara maskasız daxil olan alıcılar polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cərimələniblər. Sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərmələrinin vacibliyi çatdırılıb. Açıq ictimai məkanlarda da bəzi şəxslərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi və yaxud tələb olunan normalara uyğun şəkildə taxmaması aşkarlanıb. Onların da barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.
Həmçinin, rayon ərazisində müəyyən edilmiş qrafikə əsasən dezinfeksiya tədbirləri həyata keçirilib.
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO












