Banklara ən çox borcu olan rayonlar - SİYAHI

31 yanvar 2025-ci il tarixinə bankların ölkə üzrə fiziki və hüquqi şəxslərə verdiyi kreditlərin həcmi 27 mlrd. 514 mln. 700 min manat təşkil edib.
Avtosfer.az xəbər verir ki, onun 23 mlrd. 160 mln. 515 min manatı milli valyutada, 4 mlrd. 354 mln. 184 min manatı isə sərbəst dönərli valyutada (SDV) verilmiş kreditlər təşkil edib.
Məlumata əsasən, milli valyutada ən çox kredit verilmiş rayonlar Bakı iqtisadi rayonu, Abşeron-Xızı iqtisadi rayonu və Gəncə-Daşkəsən iqtisadi rayonudur.
Cari ilin 31 yanvar tarixinə Bakı iqtisadi rayonunda milli valyutada 16 mlrd. 854 mln. 123 min manat, Abşeron-Xızı iqtisadi rayonunda 1 mlrd. 54 mln. 636 min manat və Gəncə-Daşkəsən iqtisadi rayonunda 803 mln. 978 min kredit verilib.
Ümumi siyahı ilə cədvəldən tanış ola bilərsiniz:
SDV-də ən çox kredit verilmiş rayonlar Bakı iqtisadi rayonu, Şəki-Zaqatala iqtisadi rayonu, Abşeron-Xızı iqtisadi rayonu 45 mln. 936 min manat olub. Bu rayonlarda müvafiq olaraq 4 mlrd. 192 mln. 423 min manat, 56 mln. 242 min manat və 45 mln. 936 min manat SDV-də kredit verilib.
Digər rayonlar üzrə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Əlavə edək ki, milli valyutada verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin ən yüksək olduğu bölgə Dağlıq Şirvan iqtisadi rayonu (19.41 %), Şirvan-Salyan iqtisadi rayonu (19.35 %) və Qarabağ iqtisadi rayonu (19.20 %), SDV-də verilmiş kreditlər üzrə isə ən yüksək faiz dərəcəsinə malik rayonlar Lənkəran-Astara iqtisadi rayonu (7.61 %), Dağlıq Şirvan iqtisadi rayonu (7.36 %) və Quba-Xaçmaz iqtisadi rayonudur (6.67 %). Milli valyutada verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin ən aşağı olduğu bölgələr Bakı iqtisadi rayonu, Naxçıvan iqtisadi rayonu və Abşeron-Xızı iqtisadi rayonu. Bu bölgələrdə milli valyutada verilmiş kreditlərin orta faiz dərəcəsi müvafiq olaraq 13.66 %, 14.66 % və 16.33 % olub (valyuta.az).
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










