Bankların "qara siyahı"sından necə çıxmaq olar? – Ekspert məsləhəti + VİDEO

Vətəndaşın kredit tarixçəsi onun bank üçün problemli müştəri olub-olmamasından xəbər verir.
Banklar şəxsin əvvəlki ödənişində hər hansı problem olduğunu görəndə, əksər hallarda həmin şəxsə kredit verməkdən imtina edir.
Maliyyə və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə deyir ki, bankların ayrıca "qara siyahı"sı yoxdur. Ümumi reyestr var və orda vətəndaşın kredit tarixçəsi toplanır.
Ekspert bildirir ki, bəzən də vətəndaşların məsuliyyətsizliyindən yox, obyektiv səbəblərdən ödənişlərdə problem yaranır. Bu halda dərhal banka müraciət etmək və alternativ variantlar tapmaq lazımdır.
Kredit tarixçəsi korlanmış şəxslərin də bunu aradan qaldırması üçün üsullar var. Mütəxəssis bildirir ki, "qara siyahı"dan çıxmağın ən sadə həll yolu yaxşı girov qoymaqla, yaxud yüksək maaşı olan şəxsi zamin etməklə yenidən kiçik kredit götürməkdir.
Ödənişlər vaxtında həyata keçirilsə, bu, vətəndaşın kredit tarixçəsinə müsbət olaraq yazılır.
Ətraflı videomaterialda:
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












