Baş infeksionist xəbərdarlıq - Karantin qaydaları sərtləşdirilə bilər - VİDEO

Koronavirusa yoluxanların sayı ürəkaçan deyil. Vəziyyət bu cür davam edərsə, karantin qaydaları daha da sərtləşdirilə bilər. Respublikanın baş infeksionisti vətəndaşlara xəbərdarlıq edib. Hər kəs diqqətli olmalıdır.
Bir neçə ay əvvəllə müqayisədə koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir.
Havanın temperaturunun dəyişkən olması, nisəbətən soyuq hava şəraiti ilə bağlı insanların qapalı məkanlara toplaşması, məkanlarda pəncərələrin qapalı saxlanması və digər səbəblər virusun yayılmasını sürətləndirir. Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov bildirib ki, yoluxma sürəti belə davam edərsə karantin qaydaları daha sərtləşdirilə bilər.
Təyyar Eyvazovun sözlərinə görə covid 19a yoluxanların sayının dəfələrlə artması ordumuza da siraət edə bilər. Belə olacağı təqdirdə ordumuz bir deyil, iki düşmənlə mübarizə aparmaq məcburiyyətində qalacaq. Baş İnfeksionist vurğulayıb ki, hər kəs cəbhədəki hərbçilərimizin sağlamlığını düşünərək diqqətli olmalıdır.
Baş infeksionist əlavə edib ki, bu infeksiyaya qalib gəlmək üçün hər kəsin əməl edə biləcəyi qaydalar var.
Təyyar Eyvazov vurğulayıb ki, sadalanan qaydalara əməl edilərsə, yoluxma sayı minimuma enər.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












