Baş konsulumuz ermənilərin dağıtdığı türk restoranında oldu - FOTO
Gündəm
6 Noyabr 2020 12:12

Azərbaycanın Los- Ancelesdəki Baş Konsulluğu erməni icmasının radikal üzvlərinin türklərə məxsus restorana hücum etməsi barədə məlumat yayıb. Bildirilib ki, 4 noyabr 2020-ci il tarixində axşam radələrində 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vuraraq, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər. Hazırda “Beverli Hils” polisi hadisəni etnik nifrət zəminində törədilən cinayət kimi araşdırır.
Türkiyənin Baş konsulu Can Oğuz və bütün türk icması ilə həmrəylik nümayiş etdirmək məqsədilə 5 noyabr tarixində Azərbaycanın Los -Ancelesdəki Baş konsulu Nəsimi Ağayev Azərbaycan icmasının üzvləri ilə birgə hadisə yerində olublar.
Baş konsul Nəsimi Ağayev çıxış edərək, sözügedən nifrət cinayətinin qurbanlarının yalnız türk olduqları üçün bu vəhşi hücuma məruz qaldıqlarını bildirib. O, 2020-ci ilin iyul ayında radikal ermənilər tərəfindən Azərbaycan icmasının üzvlərinə qarşı da nifrət zəminində Los Ancelesdə cinayət törədildiyini xatırladaraq, erməni ekstremistlər tərəfindən hər iki icmaya qarşı törədilən bu kimi cinayətlərin və aqressivliyin son zamanlar artdığını qeyd edib. N.Ağayev, yerli siyasi xadimlər və hüquq-mühafizə orqanlarının azərbaycanlıları və türkləri hədəf alan bu cinayətləri kəskin şəkildə pisləmələrinin, hər iki icmanın təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsinin və bu kimi halların qarşısını almaq üçün cinayətkarların ən qısa zamanda tapılaraq məsuliyyətə cəlb olunmalarının vacibliyini qeyd edib.
Pakistan icmasının rəhbərlərinin də qatıldığı həmrəylik tədbiri Los Ancelesin FOX, ABC kanalları və digər mətbu orqanlar tərəfindən işıqlandırılıb.



Oxunub : 768
DİGƏR XƏBƏRLƏR
1 Sentyabr 2026 11:46
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
1 Sentyabr 2026 11:30
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
1 Sentyabr 2026 11:00
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
1 Sentyabr 2026 09:23
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
1 Sentyabr 2026 08:43
Bu yollarda tıxac var - SİYAHI
31 Avqust 2026 21:34
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
31 Avqust 2026 20:41
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
31 Avqust 2026 18:59
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
31 Avqust 2026 17:46
İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA
31 Avqust 2026 17:16
Yağışlı havada maşın sürərkən bunlara diqqət edin - EKSPERT
31 Avqust 2026 16:46
Azərbaycan səfirliyinə qarşı təxribat; Rusiyadakı oyunları kim təşkil edib? - AÇIQLAMA
31 Avqust 2026 14:44
İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatdı - FOTOLAR - VİDEO - YENİLƏNİB
ŞƏRH YAZ










