Bayram günü içdi; zəncirvari qəza baş verdi

Paytaxtda zəncirvari yol qəzası baş verib. Yol nəqliyyat hadisəsi Səbail rayonunda qeydə alınıb. Hadisə zamanı 26 yaşlı Vurğun Əliyev "Mercedes" markalı avtomobili Qurban Abbasov küçəsi ilə əks istiqamətdə idarə edərkən bu zaman o, avtomobili yol kənarında dayanan başqa "Mercedes"ə çırpıb. Zərbənin gücündən "Mercedes" arxada dayanan və Arzu Nəsibova məxsus "Bmw" markalı avtomobilə də dəyib. Hadisə nəticəsində vurulan "Mercedes"in sahibi Vüqar Babayev yüngül xəsarət alıb. Ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisədən sonra əraziyə yol patrul xidmətinin əməkdaşlari cəlb olunub. İlkin araşdırma nəticəsində müəyyən edilib ki, hadisəyə Vurğun Əliyevin avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub. Qəza ilə bağlı başlanan araşdırmalardan və sürücülərin izahatları alınandan sonra hadisəyə hüquqi qiymət veriləcək.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












