Bayrama 4 ay qalsa da, bilet qiymətləri fantastikdir

Novruz bayramı günlərində “Buta Airways” loukosteri ilə Bakıdan İstanbula uçuş biletlərinin qiymətləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, 4 ay sonraya – martın 20-21-i tarixlərinə Bakıdan İstanbula (Sabiha Gökçen) bilet almaq istəyənlər bir tərəf üçün 598.53 AZN ödəməlidirlər. Bu tarixlərdə gediş-dönüş isə 1000 AZN-dən yuxarı məbləğə başa gəlir. Həmçinin “Buta”da “standart” bilet 563.26 AZN, “budget” isə 545.66 AZN-dir.
Aşağı büdcəli aviaşirkətdən daha ucuz bilet gözləntisi olsa da, eyni tarixlərdə milli daşıyıcı olan AZAL-la uçuşlar “Buta”dan daha münasibdir. Belə ki, martın 21-də AZAL-ın “comfort” tarifi ilə biletinin qiyməti iki 32 kq-lıq baqaj və iki 10 kq-lıq əl yükü daxil 598.72 AZN-ə təklif olunur ki, bu da “Buta”nın “super” tarifindən cəmi 19 qəpik yüksəkdir.
.png)
Mart ayının 20-21-i tarixlərinə AZAL-la Bakıdan İstanbula (İstanbul Hava Limanı) təyyarə biletinin qiyməti ekonom “lite” tarifi ilə 371.65 AZN, “klassik” tarifi üçün 398.05 AZN, “safe” tarifi üçün isə 424.46 AZN təşkil edir.
Qeyd edək ki, AZAL-ın qiymət siyasəti dəfələrlə tənqidlərə tuş gəlib. Ötən ay Milli Məclisdə müzakirələr zamanı deputatlar da Azərbaycan vətəndaşının xaricə yeganə çıxış yolu olan AZAL-ın ağır maliyyə yükü olduğu dilə gətiriblər. Deputat Zahid Oruc qeyd edib ki, alternativ beynəlxalq uçuşlar həyata keçirən şirkətlərin olmadığı bir məkanda vətəndaş təkcə bir istiqamətə -Türkiyəyə gürcü və ermənilərdən 3 dəfə baha uçur.
Xatırladaq ki, milli aviadaşıyıcı tərəfindən daha əvvəl verilən açıqlamalarda qiymətlərin bu və ya digər istiqamət üzrə aviabiletin dəyərinin uçuş tarixindən və biletin alınma tarixindən, mövsümi uçuş cədvəlindən, uçuşların tezliyindən, həmçinin təyyarədə boş yerlərin sayından asılı olaraq dəyişdiyi bildirilirdi. Şirkətin açıqlamalarında qeyd olunur ki, aviabiletin dəyəri ən aşağı tarifdən ən yüksək tarifədək əvvəlcədən müəyyən edilir. Əvvəlcə ən ucuz tariflərlə aviabiletlər satılır və təyyarədə yerlər dolduqca hər növbəti aviabiletin dəyəri artır. (qafqazinfo)


Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












