Bayramda avtovağzalda nə baş verir? FOTOREPORTAJ

Ramazan bayramı ilə əlaqədar Bakı Beynəxalq Avtovağzalda əməlli-başlı sərnişin sıxlığı yaşanır. Bayram günlərindən istifadə edənlər bir necə günlük də olsa şəhərdən çıxmaağa çalışırlar. Müşahidələrimiz zamanı da gördük ki, kimi biletini alıb yol tədarükünü görüb, yola hazırlaşır, kimi də saatlarla avtovağzalda dayanıb marşrutunu gözləyir. Ancaq bir çoxu biletlərin yoxluğundan və avtobus çatışmazlığından şikayətləndi. Sərnişinlərin şikayəti əsasən şimal bölgələrinə işləyən avtobuslardandır. Belə ki, səfər etmək istəyənlər onların sayının az olduğunu deyirlər. Digər şikayət isə avtobus sürücüləri biletin qiymətindən artıq pul tələb etməsidir. “Belə şey olar? 3 saatdır vağzaldayam. Avara qalmışam. İki avtobusa minə bilməmişəm. Bilet satılan kassalar boşdur. Avtobus sürücüləri sərnişinlərdən artıq pul tələb edirlər. Xaçmaza biletin qiyməti 2,55 manatdırsa, sürücülər 5 manat tələb edirlər. Bilmirik hara şikayət edək”, - deyə Xanım Əliverdiyeva şikayətində bildirib.
Qeyd edək ki, ən çox problem Xaçmaz, Quba, Qusar, Lənkəran, Astara istiqamətində müşahidə olunur. Bakı Beynəlxalq Avtovağzalından da bayram günləri sərnişin sığlığının yaşandığını təsdiq edirlər. Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin sözlərinə görə, adi günlərdə 6-7 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15 minə kimi artır.
Gəncəyə avtobus 10-15 manata gedir. Həmin istiqamətə bəzi avtobuslar isə 20 manata gedirlər. Halbuki bu 6 manat olmalıdır. Bütün istiqamətlərə hərəkət edən avtobusların sayında azlıq müşahidə olunur. “Xəbər verdiyimiz kimi, 25-30 iyul tarixlərində Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejiminə keçib. Bütün istiqamətlərə əlavə olaraq avtobuslar buraxılıb. Dünən 520 maşın xəttə buraxılıb. Ümumilikdə dünən 13 min sərnişin xidmətimizdən istifadə edib. Bu gün 600 avtobus xəttə buraxılacaq. Sabah və sonrakı günlər də minə yaxın əlavə avtobusun xəttə buraxılması planlaşdırılır”, - deyə Məhəmməd Abdullayev bildirib.
Sərnişinlərin bilet tapa bilməməsinə gəlincə, Məhəmməd Abdullayev bunu təsdiqləyib. Onun sözlərinə görə, bütün biletlər bir necə gün qabaqdan satılıb. Bu səbəbdən də, xətlərə əlavə avtobuslar buraxılıb. Avtovağzal rəsmisi sürücülərin gediş haqqı üçün müəyyən olunmuş qiymətlərdən artıq pul istəməsinə də münasibət bildirib. “Avtovağzalda biletlərin qiymətinə nəzarət edən komissiya var. Komissiya gediş haqlarının qiymətində süni artım olmamasına nəzarət edir. Hələlik bizə bu istiqamətdə şikayət daxil olmayıb . Biz əvvəldən sürücülərlə danışıb, qiymətləri razılaşdırırıq. Bu qiymətlərlə razı olmayanlar isə xətdən kənarlaşdırılır. Əgər hansısa sürücü qaydanı pozarsa, sərnişinlər mütləq bu barədə bizə bildirsinlər. Biz lazımı tədbirlər görəcəyik”. Anspress
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO
Brendlər, keyfiyyət və sərfəli qiymətlər - BBAK Outlet Mərkəzi - VİDEO
Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR AÇIQLANDI - Əsgərləri qırğına belə göndərib - VİDEO


















