Bayramdan istifadə edən sahibkar qanunsuz obyekt tikir - FOTO

Paytaxtın bir sıra rayonlarında illərdir bayram günlərindən istifadə edərək qanunsuz əməllərinə davam edən sahibkarlar yenə ortaya çıxıb.
Avtosfer.az xəbər verir ki, Bakının Nizami rayonunda əvvəllər məktəbin ərazisi daxil olan ərazilər indi sahibkarlıq subyektlərinin istifadəsinə verilib.
Belə ki, rayonun Qara Qarayev prospektində yerləşən 61 nömrəli orta məktəbin ərazisi avtoyuma və təmir məntəqələri tərəfindən özəlləşdirilib. Uzun müddətdir ərazidə tikintiyə mane olunduğu təqdirdə, bayram tətilindən istifadə edən sahibkar ərazini hasarlayıb və yeni avtoyuma məntəqəsi tikmək niyyətinə düşüb.
Martın 20-dən etibarən tikinti işləri gecə-gündüz davam etdirilir. Vətəndaşlar həm tikintinin qanunsuz olmasından, həm də gecə saatlarında gizli şəkildə səs-küylə aparılmasından şikayət edir.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, araşdırma aparılacaq və hansısa qanunazidd əməl aşkarlandıqda müvafiq tədbirlər görüləcək.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












