Bayramlarda qidalanma rejimi necə olmalıdır? - HƏKİMDƏN AÇIQLAMA

Azərbaycanda il ərzində müxtəlif bayramlar qeyd olunur. Onlardan ən yaddaqalanı və təmtəraqla qeyd ediləni isə Yeni il bayramıdır. Bu bayramın əsas atributlarından biri də süfrələrin bəzəyidir. Süfrələrin gözəl olması ilə yanaşı ən mühüm şərtlərdən biri də bişirilən yeməklərin, şirniyyatların sağlamlığa zərər verməməsidir. Amma reallıqda isə əksəriyyət insanlar bunların heç birinə əhəmiyyət vermədən həmin günü süfrəyə ən azı 5 yemək növü, 2-3 salat və cürbəcür şirniyyatlar qoyur.
Bayram süfrəsində diqqət çəkən məqamlardan biri də süfrəyə həm də balıq və balıq məhsullarından olan yeməklərin düzülməsidir.
Avtosfer.az xəbər verir ki, bu barədə bayramlarda qidalanma rejimi necə olmalıdır? Mədə-bağırsaq, qaraciyər, öd kisəsi və mədəaltı vəzi xəstəlikləri üzrə mütəxəssis, həkim Tərlan Qasımov “Qaynarinfo”ya açıqlamasında insanları düzgün qidalanmaya səsləyib:
"Eyni vaxtda qarışıq yemək yeməkdən çəkinin, bu, çox zərərlidir. Yəni, bir dəfəyə bir neçə cür yeməkləri yeməyin. Balıqla yanaşı ət yemək olmaz. Az miqdarda eyni məhsullardan hazırlanan iki cür yemək yeyilərsə onun problemi olmayacaq. Yeməklərin təkrar-təkrar qızdırılması yolverilməzdir. Düzdür, soyuq yemək məsləhət deyil. Mikrosobalarda qızdırılan qidaların orqanizmə zərəri var. Yemək qaydasında, yəni qazda qızdırılarsa və eyni zamanda günlərlə qalmasa problemlər olmaz. Yeməklərin günlərlə qalmasının özü belə məsləhət deyil, bunlardan çəkinin".
Şirniyyatlara gəlincə, həkim bunlardan uzaq durmağı tövsiyə edir:
"Bunlar insanları kökəldir. Onlardan çox istifadə etmək məsləhət deyil. Hər şeyi təzə və vaxtında yemək lazımdır”.
Paytaxtda parklanma azdır, amma yerlər ləğv edilir – Səbəb nədir?
Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - DETALLAR
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Bu küçə təmir işləri ilə əlaqədar 3 gün bağlı olacaq
Prezident və xanımı sərgilərlə tanış oldu - FOTOLAR
Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI
Elektron xidmətlərin inkişafı dövlət idaarəçiliyini optimallaşdırır - İQTİSADÇI EKSPERT
Dünyada tüğyan edən yalan xəbər mühiti: Cəmiyyət niyə dezinformasiyaya inanır? – MÜTƏXƏSSİS RƏYİ
Bakı funikulyorunun 66 yaşı tamam olur - FOTOLAR
Meloninin Bakıya gəlməsi Azərbaycana nə qazandıracaq? - EKSPERT
Sürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR








