BDY konteyner yükdaşımalarını artırıb

Belarus Dəmir Yolu (BDY) 2023-cü ildə Azərbaycana konteyner yükdaşımalarını 1,8 dəfə artırıb. “Report” xəbər verir ki, bu barədə BDY-nin mətbuat mərkəzindən məlumat verilib.
Məlumata görə, BDY Belarus müəssisələrinin yüklərinin ixrac-idxal daşımalarının inkişafı çərçivəsində 2023-cü ildə Azərbaycana konteyner daşımalarını 2022-ci illə müqayisədə 1,8 dəfə artırıb, 2024-cü ilin ilk beş ayında isə artıq 270 min tondan çox yük göndərilib.
Qeyd edilib ki, yükgöndərənlər üçün ən cəlbedicisi Azərbaycan-İran sərhədindəki Astara sərhəd-keçid məntəqəsindən keçən quru marşrutdur və burada 2024-cü ilin ilk 5 ayı ərzində daşımaların həcmi təqribən 34 min ton təşkil edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində BDY Rusiya Dəmir Yolları və Azərbaycan Dəmir Yolları ilə birlikdə Belarus-Rusiya-Azərbaycan marşrutu üzrə konteyner daşımalarının təşkili üçün şərait yaradıb. Bu xidmət Belarus məhsullarını ən qısa müddətdə - yeddi gün ərzində dəmir yolu ilə Azərbaycana çatdırmağa imkan verir.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












