Bələdçilərin ingiliscə danışması ilə bağlı məsələyə - AZAL-dan cavab

“AZAL, J2109-la Praqaya uçuram. Elanlar yalnız ingilis dilində, bələdçilər ingilisdilli...”
Avtosfer.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı paylaşım edib.
Uçuş zamanı heyətin ingilis dilində danışmağı M.Qəhrəmanlıda suallar yaradıb: “Bu halda uçduğum təyyarə hansı ölkəyə mənsubdur? Niyə mənim ölkəmə məxsus olan hava yollarında bütün heyət ingilisdillidir?”
AZAL hüquq müdafiəçisinin suallarına elə paylaşımın rəy bölümündə cavab verib: “Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişindaşımaya artan tələbatı ödəmək üçün üç “Airbus A320” təyyarəsinin qısamüddətli lizinqinə dair müqavilə imzalayıb.
Dünya təcrübəsində geniş yer alan lizinq sazişi çərçivəsində hava gəmilərinin icarəsi ilə yanaşı, uçuş heyətinin təminatı, texniki dəstək, sığorta, uçuşların keyfiyyəti və təhlükəsizliyini təmin edən xidmətlər də nəzərdə tutulur.
Xarici uçuş heyəti ilə yarana biləcək dil maneələrini aradan qaldırmaq üçün əksər hallarda icarəyə götürülən təyyarələrdə əcnəbi heyətlə yanaşı, AZAL-ın öz təyyarə bələdçiləri də mövcuddur”.
Qurumun məlumatında vurğulanıb ki, marşrut şəbəkəsini və uçuşların tezliyini genişləndirməkdə davam edən AZAL sərnişinlərin artan tələbatını ödəmək məqsədilə lizinq təyyarələrindən İstanbul, Dubay, Milan, Vyana, Almatı, Astana və digər marşrutlarda istifadə edir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












