Benzin istehsalını artırıb - CƏDVƏL

2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 1,12 milyon ton avtomobil benzini istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründəki göstəricidən 1,6 faiz çoxdur. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 11 ayının yekunları üzrə hesabatında deyilir.
Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər görür. Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda təqribən 5,04 milyon ton neft məhsulları istehsal olunub. 2014-cü ilin analoji dövründə bu rəqəm 4,9 milyon ton olub.
Azərbaycanda neft məhsullarının istehsalının ümumi cədvəli:
|
Neft məhsullarının istehsalı |
2015-ci ilin yanvar-noyabr ayları (min tonla) |
2014-cü ilin yanvar-noyabrına nisbətdə (faizlə) |
|
Avtomobil benzini |
1124,5 |
101,6 |
|
Nafta |
184,9 |
96,1 |
|
Kerosin |
633,9 |
97,7 |
|
Dizel yanacağı |
2611,4 |
98,1 |
|
Mazut |
305,3 |
154,3 |
|
Sürtkü yağı |
24,9 |
48,8 |
|
Neft bitumu |
159,2 |
69,9 |
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












