"Benzin qalxsa, inflyasiya artacaq…" - Ekspert

Xəbər verdiyimiz kimi, yaxın vaxtlarda "Aİ-92" markalı benzin və dizelin bahalaşacağı bildirilir. Qiymət artımının təxminən 20 qəpik olacağı deyilir. Məsələ ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.

İqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a bildirib ki, “Aİ-92” markalı benzin və dizelin qiymətləri dövlət tərəfindən tənzimlənir. Əgər qərar veriləcəksə, dövlət tərəfindən veriləcək:
“Dizel və "Aİ-92" markalı benzin kənd təsərrüfatında və ərzağın daşınmasında maya dəyərinin əsas hissəsini təşkil edir. Əgər hökumət belə bir qərar versə, ölkədə inflyasiyanın sürəti artacaq ki, bu da sosial problemləri gərginləşdirəcək".

İqtisadçı ekspert Asif İbrahimov isə hesab edir ki, hazırki vəziyyətdə Tarif Şurası benzin və dizelin qiymətini artırmaz. Çünki bu, bütün sektorlara təsir göstərəcək:
“Kənd təsərrüfatı da daxil olmaqla maya dəyərinə təsir edən ən önəmli faktorlardan biri də yanacaq məsələsidir. Çünki kənd təsərrüfatında texnikalar dizel yanacağı ilə işləyir. Bundan əlavə, xüsusilə də "Aİ-92" və dizel yanacağından istifadə olunmaqla daşınmalar həyata keçirilir. Bunlar strateji məhsullar olduğu üçün onların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Məhsulu istehsal edən və yaxud da emalını həyata keçirən qurum artımı əsaslandırıb Tarif Şurasına müraciət etməlidir. Amma hazırkı vəziyyətdə Tarif Şurasının qiymət artımına gedəcəyini düşünmürəm. Çünki yanacağın qiyməti artarsa, sərnişindaşımadan tutmuş kənd təssərüfatı məhsullarına qədər hər şeyin qiymətində artım müşahidə olunacaq".
Qeyd edək ki, Azərbaycanda Aİ-92 markalı benzinin qiymətini Tarif Şurası müəyyən edir. Sonuncu dəfə yanacağın qiymətinə 4 yanvar 2021-ci il tarixində dəyişiklik edilib.
Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat, dizel yanacağının 1 litrinin qiyməti isə 80 qəpik müəyyənləşdirilib.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










