Benzin və dizelin bahalaşacağı barədə məlumat yayıldı

Yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizel bahalaşacaq. Bu barədə “Bakinski Burila” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, qiymət artımı çox olmayacaq. Həmçinin vurğulanır ki, “Aİ-92” markalı benzinin keyfiyyəti yüksək deyil və nisbətən ucuzdur.
“Faktiki olaraq aşağı qiymətlə daxili bazarda elektromobillərə keçidi ləngidirik. Bu, ilk baxışdan paradoksal görünsə də, uzunmüddətli perspektivdə bu növ yanacaqların bahalaşması həqiqətən də sərfəlidir”, - teleqram kanalın həmsöhbətləri bildirib.
***
Qiymət artımının cüzi olacağı gözlənilir. Mənbəmizin sözlərinə əsasən, hökumət bu qərarın neqativ yükünü qəbul edir, ancaq zəruri olduğunu düşünür. Belə ki, “Aİ-92” və dizel bir tərəfdən ciddi ekoloji problemlər yaradır, digər tərəfdən isə dünyada geniş vüsət almış elektrik mühərriklərə Azərbaycanda keçidi ləngidir. Qənaət ondan ibarətdir ki, bu qərar vətəndaşların “Aİ-92” və dizellə çalışan mühərrikli avtomobillərdən imtina etməsini və elektrik avtomobillərə keçidini əsaslı şəkildə stimullaşdıracaq.
Qeyd edək ki, hazırda ölkədə “Aİ-92” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












