Benzinin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA

Nazirlər Kabinetinin qərarı ilə bir sıra mallar, o cümlədən avtomobil benzini üzrə gömrük rüsumları ayrıca müəyyən ediləcək. Baş nazir Əli Əsədovun imzaladığı sənəd “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklikləri nəzərdə tutur. Qərara əsasən, bu məhsullar üçün vahid deyil, ayrıca rüsum yanaşması tətbiq olunacaq.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc bildirib ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərar benzindən fərqli digər yanacaq növləri üzrə rüsumun ayrıca müəyyənləşdirilməsi məqsədi daşıyır:
“Bu rüsumun hansı istiqamətdə dəyişəcəyini indidən dəqiq proqnozlaşdırmaq mümkün olmasa da, ehtimallar onun artım yönümlü ola biləcəyini göstərir. Burada həm büdcə qənaəti, həm də xərclərin optimallaşdırılması nəzərə alına bilər ki, bu da son nəticədə qiymətlərə təsir göstərə bilər”.
O bildirib ki, qərar hökumətə benzin siyasətini ayrıca və müstəqil şəkildə tənzimləmək imkanı yaradır:
“Bu yanaşma müsbət qiymətləndirilə bilər. Eyni zamanda, hər addımda əhalinin sosial iqtisadi durumu nəzərə alınacaq və rüsum artımı mərhələli şəkildə həyata keçiriləcək. Sabit 15 faizlik rüsumun tətbiq edilməməsi onu göstərir ki, rüsum dəyişən olacaq. Bu zaman beynəlxalq bazarlardakı qiymətlər və daxili xərclər əsas götürülə bilər. Rüsumun faizi dövrlərə görə 13, 15 və ya 20 faiz səviyyəsində müəyyən edilə bilər”.
Ekspert deyib ki, bütün bu məsələlərin uzunmüddətli həlli isə Azərbaycanın neft emalı imkanlarının genişləndirilməsindən keçir:
“Ölkə yalnız xam neft ixrac edən deyil, həm də onu emal edib əlavə dəyər yaradan dövlətə çevrilməlidir. Çünki alternativ enerji mənbələrinin artması və neft qiymətlərinin gələcək taleyi ilə bağlı qeyri müəyyənliklər bu istiqamətdə addımları zəruri edir”, – deyə o bildirib. (Demokrat.az)
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












