“Benzinin qiyməti niyə düşmür?”- Rövnəq Abdullayevin cavabı

“Bir neçə il bundan qabaq 150 min ton Aİ-95 benzin satılırdısa indi bu göstərici 20-25 minə düşüb”. Bu sözləri Rövnəq Abdullayev Cüdo Federasiyasının yeni prezidenti seçilməsi ilə bağlı Milli Olimpia Komitəsində keçirilən tədbirdə deyib. Benzinin qiyməti ilə bağlı verilən sualları da cavablandıran Neft Şirkətinin prezidenti son günlər bu barədə çox danışıldığını qeyd edib: “Neft dünya bazarında 120 dollar olanda da qiymət bizdə belə idi, 50 dollar olanda da. Niyə 120 dollar olanda benzinin qiymətindən danışmırdılar? Bizdə benzinin qiyməti neftin 60 dollar olandakı qiymətinə bərabərdir, nə qalxıb, nə də ki, enib. Bizdə benzinin qiyməti dünya bazarı ilə tənzimlənmir, dövlət tənzimləyir. Endirmək mümkün deyil, çünki iqtisadiyyatımız sabitdir. Benzinin qiyməti sırf iqtisadiyyatımıza hesablanıb. Aİ-95 benzinin qiyməti stabildir, indi əksəriyyət insan 92 benzindən istifadə edir. Ölkəyə gətirilən 95-98 benzin 6-7 il bundan əvvəl gətirilib və hələ də istifadə olunur. Bu növ benzinlər hər gün gətirilib satılmır. Bir neçə il bundan qabaq 150 min ton Aİ-95 benzin satılırdısa, indi bu göstərici 20-25 minə düşüb”.
Qafqazinfo
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












