Benzinlə işləyən avtomobillərdən daha tez imtina edə bilər

Böyük Britaniya hökuməti benzin və dizel avtomobillərinin satışını əvvəllər nəzərdə tutulduğu kimi 2040-cı ildən yox, 2030-cu ildən tam dayandırmaq məsələsini araşdırır.
“Report” “The Guardian”a istinadən xəbər verir ki, baş nazir Boris Consonkoronavirus pandemiyasından sonra yaşıl iqtisadiyyatın bərpasına rəvac vermək üçün bu payızda elektromobillərə keçməyi tezləşdirmək barədə açıqlama verib.
Belə ki, hökumət bu məsələdə planları bu həftədən etibarən hazırlamağı güman etsə də, koronavirusa yoluxmaların artması səbəbindən məsələ ilin sonunadək təxirə salınır.
İqlim Dəyişiklikləri Komitəsi tərəfindən dəstəklənən sözügedən plan cari əsrin sonunadək karbon işlətməyən iqtisadiyyata keçməklə bağlı milli planlarla həmahəng ərsəyə gətirilib.
Qeyd edək ki, benzin və dizel avtomobillərinin satışına son vermək planları həmçinin Norveçdə 2025-ci ildən, Almaniya, İrlandiya, Niderlandda 2030-cu ildən, Fransada 2040-cı ildən həyata keçiriləcək.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












