Bərdədə bazar suyun altında qaldı - AÇIQLAMA - VİDEO

Bərdə rayonunda tikinti bazarının obyektləri suyun altında qalıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İddia edilib ki, “Sərsəng” su anbarından su açılıb və əraziyə buraxılıb.
Məsələ barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov Oxu.Az-a açıqlama verib.
Onun sözlərinə görə, “Sərsəng” su anbarının suyunun sözügedən bazara axıdılması iddiası əsassızdır:
“Bərdə rayonunda tikinti inşaat bazarı Tərtər çayının mənsəbində tikilib. Bu da qanunsuz tikilidir. İşğaldan azad olunan “Suqovuşan” su anbarı işğal zamanı ermənilər tərəfindən yararsız hala salınıb.
Üzərindəki hidrotexniki qurğular sıradan çıxıb. Anbardan çıxan su yalnız qəzatullayıcı vasitəsilə Tərtər çayına axıdılır. Bu səbəbdən də çaya verilən suyun nizamlanması mümkün olmadığından ərazidə subasma qeydə alınır. Suqovuşandan gələn su seli qanunsuz tikiliyə axıb”.
O bildirib ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC məsələ barədə Bərdə Rayon İcra Hakimiyyətinə telefonoqram ünvanlayıb:
“Gələcəkdə çayın suyunun artması və problemlər olmaması üçün çayın məcrasında olan obyektlərin, ilk növbədə daha çox subasma ərazisində yerləşən Bərdə rayonunda tikinti inşaat bazarının köçürülməsi barədə məlumatlar verilib. Hazırda su bir metr enib. Ümid edirik ki, Bərdə RİH-ə göndərilən məktuba uyğun olaraq tədbirlər görüləcək”.
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
Hazırda Bakıda bu yollar tıxacdır - SİYAHI - FOTO
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ












