Beş dostun öldüyü qəza ilə bağlı atadan ürəkdağlayan müraciət – “Maşın ölümə aparır” - VİDEO

Dekabrın 7-də Biləsuvar rayonunun Zəhmətabad kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində bir ailənin üzvləri də daxil olmaqla ümumilikdə beş nəfər həyatını itirib.
Belə ki, 22 yaşlı Vasif Həsənli idarə etdiyi “Lexus” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirərək su kanalına düşüb. Qəza nəticəsində sürücü ilə yanaşı, sərnişinlər – 24 yaşlı Rusif Həsənli, 35 yaşlı İldırım Həsənli, 25 yaşlı Məhəmməd Məmmədli və 18 yaşlı Əliqardaş Rəsulzadə hadisə yerində dünyasını dəyişiblər.
Mərhum İldırım Həsənlinin atası İlqar Həsənov yaşadıqları faciəni belə təsvir edib:
“Ölənlərdən ikisi qardaşım balalarıdır. Digəri də qonşumdur. Ağır dərddir. Ailə məhv oldu, bircə nəvəsi qalıb. İldırım mənim oğlum idi, 35 yaşı var idi. Deyirlər, maşını 150 km/saat sürətlə idarə ediblər. İdarəetməni itirib və nəticə bu hadisə olub”.
Həlak olanlardan biri – 25 yaşlı Məhəmməd Məmmədlinin atası Vidadi Məmmədov isə bu sözləri deyib: “Hamısı mənim balalarımdır. Bizim ailə üçün böyük faciədir. Qonşunun iki oğlu və mənim oğlum – üçü də dost idilər. Üçü də bir yerdə dəfn olundular”.
V.Məmmədov bunun çətin olduğunu deyib və valideyinlərdən xahiş edib ki, övladlarına gecə saatlarında avtomobilləri ilə hərəkət etməmələrini desinlər: “Maşın ölümə aparır”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












