Beşqat dünya çempionu Ehram Məcidov azadlığa çıxdı
Gündəm
13 Oktyabr 2020 00:29

Azərbaycan kikboksçusu Ehram Məcidov azadlığa çıxıb. "Report"un məlumatına görə, bu barədə beşqat dünya çempionunun dostları sosial şəbəkədə yazıblar. Məcidov xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 2019-cu il iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 1979-cu il təvəllüdlü idmançı qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirli bilinirdi.
Qeyd edək ki, prokuror E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Ehram Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.
Oxunub : 1562
DİGƏR XƏBƏRLƏR
26 Sentyabr 2026 09:01
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir
25 Sentyabr 2026 20:30
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
25 Sentyabr 2026 17:58
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
25 Sentyabr 2026 15:41
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
25 Sentyabr 2026 12:18
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
25 Sentyabr 2026 11:30
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
25 Sentyabr 2026 11:00
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
25 Sentyabr 2026 08:18
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
24 Sentyabr 2026 19:30
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
24 Sentyabr 2026 18:59
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
24 Sentyabr 2026 18:07
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
24 Sentyabr 2026 14:41
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
ŞƏRH YAZ












