Beyləqanda inək oğruları tutuldu - FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən ilin noyabr-dekabr və cari ilin yanvar aylarında rayon ərazisində yerləşən otlaq sahələrindən və tövlələrdən silsilə şəkildə mal-heyvan oğurlayaraq vətəndaşlara zərər vuran şəxslər aşkar edilərək saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bir qrup rayon sakini Beyləqan RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus iribuynuzlu heyvanlarının oğurlandığı barədə məlumat veriblər.
Məlumatla əlqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum edilmiş Raci Cəfərov, Beyləqan rayon sakini Əhliman Abbasov və Şamaxı rayon sakini Etibar Nuriyev saxlanılıb.
Araşdırmalarla onların 8 baş iribuynuzlu heyvanı oğurlamaqla rayon sakinlərinə 8 750 manat dəyərində ziyan vurduğu müəyyən edilib.
Hər 3 şəxs dindirilmə zamanı törətdikləri cinayət əməllərini etiraf edib.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Onların digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.



Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












