Beynəlxalq Avtovağzal sərnişinin ittihamlarına cavab verdi - VİDEO

Sosial şəbəkələrdə Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin ərazisindən video paylaşan qadın sərnişin müxtəlif ittihamlar səsləndirib. Bildirib ki, o avtobus tapa bilməsə də digər avtobuslar 15 manata sərnişin daşıyır. Bununla bağlı Bakı Beynəlxalq Avtovağzalı Kompleksindən Avtosfer.az-a verilən məlumatda bildirilib ki, təqdim edilən video ilə bağlı araşdırma aparılıb.
Məlum olub ki, videoda adıçəkilən nəqliyyat vasitəsi saat 14:30 reysini həyata keçirən Bakı-Göyçay avtobusudur. Bu reys üzrə bütün biletlər 10 gün öncədən onlayn qaydada satılıb və avtobus reysqabağı platformaya təqdim olunub.
Əks istiqamətdə dayanan nəqliyyat vasitələri isə Bakı-İsmayıllı reysini həyata keçirən avtobuslardır.
Avtovağzalda istiqamətlər üzrə avtobusların çıxışı perronlara görə zonalaşdırılıb. Eyni istiqamətdə hərəkət edən avtobuslar müxtəlif platformada dayana bilməz.
Odur ki, videodakı iddialar həqiqəti əks etdirmir.
Qeyd edək ki, paytaxtdan bölgələrə iki gün ərzində 28000-ə yaxın sərnişin daşınıb. Bayram günlərində sərnişin tələbatını qarşılamaq üçün 19-20 mart tarixlərində əlavə olaraq 285 reys həyata keçirilib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











