Beynəlxalq Nəqliyyat Forumunun iclası keçirilib

Beynəlxalq Nəqliyyat Forumuna üzv ölkələrin növbəti iclası keçirilib. “Nazirlərin COVID-19 və Nəqliyyat mövzusunda xüsusi qeyri-rəsmi dəyirmi masası” videobağlantı formatında təşkil olunub.
Tədbirdə ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təmsil edib.
Elmir Vəlizadə Azərbaycanın pandemiya dövründə də öhdəliklərinə məsuliyyətlə yanaşdığını, etibarlı tranzit və logistika mərkəzi olaraq ərazisi üzərindən maneəsiz tranzit trafikini təmin etdiyini bildirib. “Pandemiya şəraitində ölkələrimiz arasında açıq ticarətin qorunması və beynəlxalq yükdaşımalarının fasiləsiz həyata keçirilməsi vacibdir.
Azərbaycan Respublikası Hökumətinin qərarına uyğun olaraq, xarici yük maşını sürücüləri maneəsiz Azərbaycan ərazisinə daxil ola və ya ölkə ərazisindən tranzit keçə bilirlər”, – deyə nazir müavini iştirakçıların diqqətinə çatdırıb.
O qeyd edib ki, yük maşını sürücülərinin, digər insanlarla təmaslarını minimuma endirmək məqsədilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında xüsusi ayrılmış istirahət və yemək yerləri yaradılıb.
Nazir müavini nəqliyyatdakı inkişaf tendensiyaları və “COVID-19” pandemiyasının nəqliyyat əməliyyatları və xidmətlərində rəqəmsallaşdırma da daxil olmaqla müasir texnologiyaların tətbiqinin vacibliyini bir daha nümayiş etdirdiyini vurğulayıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












