Banner

Nəsimi Musayevdən XƏBƏR VAR – Hekayə təzələnir

Gündəm 14 Oktyabr 2026 14:06
Nəsimi Musayevdən XƏBƏR VAR – Hekayə təzələnir
WhatsApp kanalımıza abunə olun

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır.

Bu barədə Avtosfer.az Ermənistan mediasına istinadən xəbər verir.

"Onların razılığını aldıqdan sonra ona baş çəkə biləcəyik", - deyə Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyinin kommunikasiya şöbəsinin rəhbəri Zara Amatuni bildirib.

Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.
 

 

Oxunub : 186
ŞƏRH YAZ
Ad

E-mail

Şərh