Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY

Son günlər Azərbaycanda gündəmini Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarının təsvirlərinə edilən dəyişikliklər zəbt edib.
Şagirdlərin geyim seçimi, məktəbli formalarının tətbiq qaydaları və mümkün dəyişikliklər həm valideynlərin, həm də təhsil ictimaiyyətinin diqqət mərkəzindədir. Bir tərəfdən vahid forma şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını alan və məktəb intizamını gücləndirən vasitə kimi qiymətləndirilir, digər tərəfdən isə onun tətbiqi ilə bağlı müxtəlif yanaşmalar səsləndirilir.
Mövzu ilə əlaqədar Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov Avtosfer.az-a müsahibəsində deyib ki, ümumiyyətlə bütün dünyada mənəvi milli dəyərlər, o cümlədən dini dəyərlərlə təhsil arasındakı münasibətləri, fərqləri bilən və onu dərindən dərk edənlər çoxdur. Əlbəttə, əgər cəmiyyətə biz bütöv orqanizm kimi baxsaq, onun hər bir aspektinin özünə xas funksiyası var.

“Din qədimdən insanların və bütövlükdə hər bir cəmiyyətin həyatında xüsusi yer tutur. Təhsil də cəmiyyətin formalaşmasının müəyyən mərhələsində meydana gələn elə bir sistemdir ki, hazırda hər bir cəmiyyətdə gənc nəslinin tərbiyyəsində, bilik qazanmasında, vətəndaşlıq məsuliyyətini dərk eləməsində, milli mənəvi dəyərlərə bağlı qalmasında və həm də dünyəvi prinsiplərə dərindən yiyələnməsində xüsusi yer tutur. Bu barədə geniş danışmaq olar və daha dərin qatlarda olan məqamlara baş vurmaq olar.
Ancaq hazırda Azərbaycanda gedən proseslərin fonunda məsələyə yanaşanda görürük ki, indi təhsildə vahid geyim forması ilə dini inancıları qarışdıran və dini inancılara münasibəti qarışdıranlar, əsasən kənardan yönəldilənlərdir. Hər bir müstəqil dövlətin özünün tarixi, dini təkamül tarixçəsi və təhsil sisteminin özünəməxsus xüsusiyyətləri var. Bir ölkə digərindən bu baxımdan fərqlənə bilir və fərqlənir də.
Əgər Azərbaycan müstəqil dövlətdirsə ki, buna bizim heç bir şübhəmiz yoxdur və indi bütün dünyanın da heç bir şübhəsi qalmamışdır, müstəqil dövlət kimi daxili və xarici siyasətini özünün müəyyən etdiyi prinsiplər və qaydalar üzrə aparmalıdır. Azərbaycan Prezidenti dəfələrlə sübut etmişdir ki, Azərbaycan müstəqil dövlətdir. O, bütün mədəniyyət komponentlərinə, ilk növbədə dini mənsubluğuna dərin hörmət edir.
Eyni zamanda, dünyəvi müstəqil dövlət qurmaq istiqamətində də dönmədən fəaliyyət göstərir. Nazirlər Kabinətinin vahid geyim forması haqqında verdiyi qarar məhz bu kontekstdə çox vacibdir və həyata keçirilməlidir. Bu, gənclərimizdə, gələcəkdə, böyüyəndə həm ünsiyyətdə sərbəstlik, həm dünyəvi biliklərə yiyələnməkdə geniş imkanlar, həm də bütünlükdə bir qövmün insanları kimi bir-biri ilə mehriban münasibətlər qurmaqda xeyli imkanlar əldə eləyəcəklər.
Buna görə də indiki proseslərə bizim indi qeyd eləməyə çalışdığımız o gələcəyin naminə, onun fövqündə, onun fonunda baxmaq lazımdır. Buna görə də cəmiyyətimiz bütün kəsimləri sağlam düşüncə ilə baş verənlərə qiymət verməli və müstəqil dövlətçiliyimizin naminə uyğun gələn mövqeyi tutmalıdırlar”.
Səfər
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT












