Reklam

Bəzi avtomobil yollarının adları dəyişdi

Gündəm 5 Oktyabr 2015 12:00 Oxunub 1339
Bəzi avtomobil yollarının adları dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazirlər Kabineti bu barədə qərar verib

Nazirlər Kabineti Azərbaycanda bir sıra avtomobil yollarının adlarında dəyişikliklər olunması barədə qərar verib. Avtosfer.az xəbər verir ki, bu barədə Qurumdan trend-ə verilən məlumata görə, baş nazir Artur Rasi-Zadənin imzaladığı qərara əsasən, Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda dəyişikliklər edilib.

İmzalanan qərara görə, "Ağcabədi rayonu" bölməsinin "Yolun adı" sütununun 15-ci hissəsində "Qiyamadınlı" sözü "Yuxarı Qiyaməddinli", "Astara rayonu" bölməsinin "Yolun adı" sütununun 2-ci hissəsində "Telman" sözü "Çayoba", "Cəlilabad rayonu" bölməsinin "Yolun adı" sütununun 1-ci hissəsində "Təzəkənd" sözü "Çəmənli", 22-ci hissəsində "Kövüzbulaq" sözü "Soyuqbulaq", "Gədəbəy rayonu" bölməsinin "Yolun adı" sütununun 12-ci hissəsində "Yenikənd" sözü "Qızılqaya", 29-cu hissəsində "Arabaçı" sözü "Çiçəkli" sözü ilə əvəz edilib.

Qərara əsasən, həmçinin "Göyçay rayonu" bölməsinin "Yolun adı" sütununun 15-ci və 19-cu hissələrində "Cəyirli" sözü "Şıxlar", "İsmayıllı rayonu" bölməsinin "Yolun adı" sütununun 36-cı hissəsində "Cülyan" sözü "Yuxarı Cülyan", "Kürdəmir rayonu" bölməsinin "Yolun adı" sütununun 44-cü hissəsində "Qarabucaq" sözü "Axtaçı Qarabucaq", "Laçın rayonu" bölməsinin "Yolun adı" sütununun 1-ci hissəsində "Ağbulaq" sözü "Sarıbaba", "Tərtər rayonu" bölməsinin "Yolun adı" sütununun 10-cu hissəsində "Təzəkənd" sözü "Ağkənd" sözü ilə, 16-cı hissəsində "Qapanlı" sözü "Alışarlı" sözü ilə, 18-ci hissəsində "Sarıcalı" sözü "Yuxarlı Sarıcalı" sözləri ilə, 19-cu hissəsində "Qaradağlı" sözü "Yuxarı Qaradağlı", "Ucar rayonu" bölməsinin "Yolun adı" sütununun 6-cı hissəsində "Çiyni" sözü "Yuxarı Çiyni", "Zaqatala rayonu" bölməsinin "Yolun adı" sütununun 22-ci və 23-cü hissələrində "Əli Bayramlı" sözləri "Dağlı" sözü ilə, 25-ci hissəsində "Dombabinə" sözü "Üçüncü Tala" sözləri ilə əvəz olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh