Bəzi yollarda hərəkət qaydalarına dəyişiklik edildi - DİQQƏT!

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərinin bir neçə küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra dəyişikliklər edib.
Avtosfer.az xəbər verir ki, bu barədə NİİM-dən verilən məlumata görə, C.Hacıbəyli küçəsi A.Bakıxanov küçəsi ilə kəsişmədən sonra ("Gənclik" m/st. istiqamətində) birtərəfli olduğundan və K.Kazımzadə küçəsindən ancaq sağa, C.Hacıbəyli küçəsi istiqamətində dönmə nişanı olduğundan, A.Bakıxanov küçəsindən sağa, C.Hacıbəyli küçəsi istiqamətində yalnız A.Bakıxanov küçəsindən sağa dönən nəqliyyat vasitələri istifadə edir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, A.Bakıxanov küçəsindən sağa, C.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi olaraq işıqforun əlavə seksiyasında hərəkətinin təşkil edilməsi haqqında təklif irəli sürülüb.
Asif Məhərrəmov küçəsindən 3-cü mkr-n dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri A.Məhərrəmov küçəsindən geriyə dönmə əməliyyatını yerinə yetirmək üçün 3-cü mkr-n dairəsindən istifadə etmək məcburiyyətində qalırlar ki, nəticədə, dairədə yüklənmə yaranır.
Qeyd olunanları nəzərə alaraq, A.Məhərrəmov küçəsində (dairəyə çatmamış yolötürücünün altında) nəqliyyat vasitələrinin geriyə dönmə əməliyyatını yerinə yetirmələri məqsədi ilə yolun sxemdə göstərilmiş qaydada təşkil edilməsi təklifi irəli sürülüb.
Ceyhun Səlimov küçəsindən 3-cü mkr-n dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri C.Səlimov küçəsindən geriyə dönmə əməliyyatını yerinə yetirmək üçün 3-cü mkr-n dairəsindən istifadə etmək məcburiyyətində qalırlar ki, nəticədə, dairədə yüklənmə yaranır.
Bu səbəbdən, C.Səlimov küçəsində (dairəyə çatmamış yolötürücünün altında) nəqliyyat vasitələrinin geriyə dönmə əməliyyatını yerinə yetirmələri məqsədi ilə yolun sxemdə göstərilmiş qaydada təşkil edilməsi təklifi irəli sürülüb.
NİİM-in hazırladığı bütün təkliflər Nəqliyyat Nazirlyi və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təsdiq edilib və müvafiq qaydada icra olunub.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












