Bir gecəyə Əlisa Nicat üçün 7 min manat toplandı!

“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlunun şəraitsiz vəziyyətdə yaşayan yazıçı Əlisa Nicatla bağlı paylaşımından sonra sosial şəbəkə istifadəçiləri yardım kampaniyasına qoşulub.
Avtosfer.az xəbər verir ki, artıq 6987 manat toplanılıb.
Bu barədə paylaşım edən Ş. Xuduoğlu bunları yazıb: “Əlisa Nicatla bağlı xırda yazı böyük dönüşə səbəb oldu. Gecəboyu onun kartına pul köçürüldü. Yardım edənlərin bəzi halda qəbzlərini də mənə atırdılar. 1, 10, 20, 50, 100, hətta 200 manat yardım edən də vardı. Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün büdcə çıxardılar. Bir gün sonra, yəni bu gün artıq istilik sistemi quraşdırılır. Oğlu Üzeyir yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldı. Üzeyir gözlərinə inanmadı "vay dədə, bu nədi ədə", - dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir”.
Ş. Xuduoğlu bildirib ki, bir neçə özəl şirkət, həmçinin futbolçu Qara Qarayev köməklik təklif edib: “Bir neçə nəfər aylıq 100, 200 manat məbləğində maaş təklif edib. Yardım təklifləri, yardımların ardı-arası kəsilmir. Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kiminin sonu. Gec də olsa, bu günləri gördüyüm üçün xoşbəxtliyimin həddi-hüdudu yoxdur. İnsanlar yardım etmək fürsətindən yararlandıqları üçün məmnun qalıb. Həm yardım, həm də təşəkkür edirlər. Az, ya çox, heç fərq etməz, əsas odur ki, Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi. Bir daha əmin oldum; bu xalq möhtəşəmdir! Biz birlikdə güclüyük!” (qafqazindo)
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı











