Bir ildə 5,4 milyonluq sifariş alan sirli “Avtoyoltikintiservis” kimindir?

Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər Nümayəndəliyi abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, tenderin qalibi "Avtoyoltikintiservis" MMC seçilib. Bərdə şəhərində abadlıq işlərinin həyata keçirilməsi üçün şirkətin qiymət təklifi 909 513,44 manatdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Avtoyoltikintiservis” MMC 16 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 195, mənzil 6-da yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Dövlət satınalmalarının vahid internet portalı üzərində apardığımız araşdırma zamanı məlum olub ki, "Avtoyoltikintiservis” MMC cari ildə 11 tenderin qalibi seçilib.
Bu tenderlər Bərdə Rayon İcra Hakimiyyəti Başçının Bərdə Şəhər Nümayəndəliyi, Qubadlı Rayon İcra Hakimiyyəti, Neftçala Rayon İcra Hakimiyyəti, Ağdam Rayonu İcra Hakimiyyəti Başçısının Xındırıstan Ərazi Nümayəndəliyi, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi Şəhər Nümayəndəliyi, Laçın Rayon İcra Hakimiyyəti, Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran Şəhər Nümayəndəliyi, Laçın Rayon İcra Hakimiyyəti Başçısının Qayğı Qəsəbə Nümayəndəliyi tərəfindən keçirilib. Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 5 497 370,14 manatdır.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












