Bir metrlik səkidə həm işıq dirəyi, həm ağac, həm də təkər var, qurumlardan reaksiya yoxdur - FOTO

Bakının nəqliyyat infrastrukturundakı bir sıra problemlər vaxtaşırı ekspertlər tərəfindən səsləndirilsə də, media orqanları dəfələrlə bu mövzuda materiallar dərc etsə də, yenə də qurumlar ya reaksiya vermir, ya da kimlərinsə mütləq şəkildə problem yaşadıqdan sonra addım atmağa çalışırlar.
Avtosfer.az xəbər verir ki, paytaxtın Nəsimi və Nərimanov rayonlarının payına düşən Xətai prospektində də eyni vəziyyət yaranıb. Belə ki, Xətai prospektinin Nurəddin Süleymanov küçəsi ilə kəsişməsinə qədər, eləcə də “Yaşıl bazar” istiqamətində küçənin sağ tərəfində səki, demək olar ki, yoxdur. İllər əvvəl çəkilən daş hasardan sonra ərazidə səkinin təşkili nisbi xarakter alıb. Nəzərdə tutulan hissələrdə səkinin eni 1 metr, bəlkə də daha azdır. Həmin 1 metrlik səkinin üstündə isə həm ağaclar var, həm də işıq dirəkləri quraşdırılıb. Bazara tərəf olan hissədə də vəziyyət eynidir. Üstəlik, ərazidəki obyektlər, təmir sexləri də öz məhsulları ilə səkini zəbt edir.
Ərazidən istifadə edən sakinlər vəziyyətin düzəldilməsi ilə bağlı aidiyyəti qurumların tədbir görmələrini tələb edir.
Səfər
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi
Polkovnik antiterror əməliyyatının sirrini açıqladı: “Hər şey əvvəlcədən ölçülmüşdü”














