Bir neçə şəhərlərarası avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib

Bakı-Mingəçevir, Bakı-Balakən (Qabaqçöl qəsəbəsi), Bakı-Tərtər, Bakı-Oğuz, Gəncə-Bərdə, Gəncə-İsmayıllı, Bərdə-Gəncə, Mingəçevir-Şəki və Mingəçevir-Balakən şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.
Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, “Bakı-Mingəçevir” və “Bakı-Tərtər” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC, “Bakı-Balakən” (Qabaqçöl qəsəbəsi) marşrutu üzrə fiziki şəxs Əfəndiyev Ceyhun Fərrux oğlu, “Bakı-Oğuz” marşrutu üzrə fiziki şəxs Həmidzadə Qorxmaz Namik oğlu, “Gəncə-Bərdə” marşrutu üzrə hüquqi şəxs “Gəncə Ekspress” ASC, “Gəncə-İsmayıllı” marşrutu üzrə fiziki şəxs Çobanov Vəli Əsgər oğlu, “Bərdə-Gəncə” marşrutu üzrə fiziki şəxs Novruzov Arzuman Rizvan oğlu;
“Mingəçevir-Şəki” marşrutu üzrə fiziki şəxs Məmmədov Azər Məmməd oğlu, “Mingəçevir-Balakən” marşrutu üzrə fiziki şəxs Məmmədov Ayaz Məmməd oğlu komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











