Bir nömrəli sürücünün sənədlərini oğurladılar

Keçmiş Formula-1 pilotu, almaniyalı Mixael Şumaxerin uzun müddət müalicə aldığı xəstəxanada xəstəlik tarixçəsi oğurlanıb və satışa çıxarılıb. ANS-in Almaniyanın Bild qəzetinə istinadən verdiyi məlumatına görə, sənədləri oğurlayan şəxs onları alman, ingilis və fransız qəzetlərinə yayımlanması üçün təklif edib. Həmin şəxsin Şumaxerin xəstəlik tarixçəsi üçün 50 min avro tələb edib. Verilən məlumatlara görə, sənəddə alman pilotun xəstəxanada yatdığı müddətdə keçirdiyi bütün müayinə və əməliyyatlar öz əksini tapıb. Şumaxerin meneceri Sabina Kem sənədlərin yayımlanmaması üçün əllərindən gələni edəcəklərini bildirib. Mixael Şumaxeri ötən ilin dekabr ayında Alp dağlarında xizək sürərkən ciddi qəzaya uğramış və kəllə-beyin travması keçirmişdi. O, altı aya yaxın müddətdə komada qaldıqdan sonra bir neçə gün əvvəl özünə gələ bilib. Həkimlər Şumaxerin ömür boyu yataq xəstəsi qalacağını bildirir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












