"Bizdə bütün problemləri yol polisi həll edir" - NURA SURİ - VİDEO

Bu gün səhər saatlarından etibarən paytaxt və ətraf ərazilərdə davam edən güclü yağış nəticəsində Bakı-Sumqayıt yolunun Saray postu yaxınlığında ciddi tıxac yaranıb.
Avtosfer.az xəbər verir ki, yağıntıların fəsadları barədə yayılan videolarla bağlı müğənni Nura Suri özünün sosial şəbəkə hesabında fikir bildirib:
"Bizdə bütün problemləri yol polisləri həll edir. Bu gün baxdığım bütün videolarda yalnız polislər əziyyət çəkiblər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, təşəkkürlər", - deyə müğənni qeyd edib.
Qeyd edilən ərazidə yağış suları və palçıq səbəbindən yolun bir hissəsi keçilməz hala düşüb, avtomobillərin hərəkəti tamamilə dayanıb.

Hadisə yerinə dərhal cəlb olunan yol patrul xidmətinin əməkdaşları vəziyyəti nəzarətə almaq üçün operativ şəkildə hərəkətə keçiblər. Onlar, həm sürücülərin təhlükəsizliyini təmin etmək, həm də nəqliyyatın hərəkətini bərpa etmək məqsədilə əraziyə traktor cəlb ediblər. Traktor vasitəsilə yolda yığılan palçıq və sel suları təmizlənib, nəticədə nəqliyyatın hərəkəti mərhələli şəkildə bərpa olunub.
Polis əməkdaşları təkcə texniki dəstəyin təşkilində deyil, həm də ərazidə hərəkətin tənzimlənməsi, sürücülərin istiqamətləndirilməsi və təhlükəsizliyin qorunmasında fəal iştirak ediblər.
Eltac Zülfüqaroğlu
Azərbaycanda sürücüsüz avtobuslar: Bəs sürücülər nə edəcək?
Yeni kompensasiya mexanizmi ixracı canlandıracaq? – ŞƏRH
Metrodakı təmirə görə bu qədər avtobus ayrılacaq - FOTO
Hava nəqliyyatına tələbat azaldı
Azərbaycanda enerjidoldurma məntəqələrinin sayı niyə artmır? – Ekspert AÇIQLADI – VİDEO
Dünya ABŞ və Çin arasında seçim qarşısında qala bilər – POLİTOLOQ
Metro xətlərinin ayrılması sərnişin sıxlığını necə azaldacaq? – EKSPERT
Yanacaq bazarında yeni mərhələ: Azərbaycanı nələr gözləyir?
Bu yollarda tıxac var - SİYAHI
Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA
Sərnişinlərin daşınması üçün ekspres avtobuslar ödənişli olacaq










