"Bizim market", "Oba market" və digər obyektlər...

Bakıda 26 obyekt karantin qaydalarını pozub.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Nazirliyin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə 4-5 dekabr tarixlərində keçirdiyi monitorinqlər zamanı Suraxanı rayonunda "Bizim market"də, Xəqani Nadirova məxsus "İnşaat materialları" mağazasında, Xətai rayonunda "Oba market"də, "Eko Mart mağaza"da, Səbail rayonunda "Bazarstore" MMC-yə məxsus "Ərzaq mağazası"nda, Samir Mirzəyevə məxsus ticarət obyektində, Binəqədi rayonunda Möhbalı Şahverdiyevə, Rima Məmmədovaya, Vüqar İslamova məxsus pərakəndə ticarət obyektlərində, Nəsimi rayonunda Əlixan Nəcəfova məxsus "Quru meyvələrin satışı" mağazasında, Qaradağ rayonunda "Uluxanlı market"də, Sabunçu rayonunda "Rahat Zabrat supermarket"də, "Aysel parfümeriya" mağazasında, Nərimanov rayonunda "Göktaş membran mətbəx qapıları mağazası"nda, Saday Alışova məxsus tikinti materialları mağazasında, "Zeytun Pharmaceuticals" MMC-yə məxsus "Ozon aptek"də, Yasamal rayonunda "Medical house" MMC-yə məxsus "Stomatoloji klinika"da, "Qlükozafarm" MMC-yə məxsus "Aptek"də, Nizami rayonunda Firidun Axundova məxsus "Telefon dükanı"nda, "Dokta" MMC-yə məxsus "Elit aptek"də, ümumilikdə monitorinq aparılmış 745 obyektin 26-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ












