Blogerin evi və maşınları əlindən alınacaq - FOTOLAR

Rusiya Federal Vergi Xidməti (FTX) bloger Hüseyn Həsənovun avtomobillərini və mənzillərini məhkəmə yolu ilə müsadirə etmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə "Shot" Teleqram kanalı məlumat yayıb.
Müsadirə blogerin ödəmədiyi vergi borclarına görə həyata keçiriləcək.
Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin tələbi ilə Həsənova qarşı icraata başlayıb.
Blogerin "Moskva-Siti"də 124 kvadratmetr sahəsi olan 150 milyon rublluq mənzili, dəyəri 50 və 11 milyon rubla qədər olan 2020-ci il model "Rolls-Royce Cullinan" və 2022-ci il model "Chevrolet Tahoe" markalı iki avtomobili əlindən alına bilər.
Bundan əvvəl vergi orqanları H.Həsənovun dörd bankdakı hesablarını bloklayıb. Onun Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcu yığılıb. Hazırda bloger Rusiyada deyil.



Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












