BMT-də Azərbaycanın mina problemi ilə bağlı sərgi təşkil edildi - FOTO

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın mina problemi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə prosesini əks etdirən fotosərgi açılıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, sərgi Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Burada azad edilmiş ərazilərdə aşkarlanan mina və partlamamış sursatları əks etdirən 40-dan çox foto nümayiş olunur.
Sərgidə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minatəmizləmə fəaliyyəti geniş şəkildə təqdim edilib. Fotolarda mina təmizləmə işlərində iştirak edən mütəxəssislər, onların istifadə etdiyi zirehli geyim dəstləri, mina detektorları, müxtəlif təlim sursatları və işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Ağdam, Tərtər, Xankəndi rayonlarında aşkarlanan partlayıcı vasitələr və müxtəlif mina növləri yer alıb.
Sərgidə mina partlayışlarından sonra qalan dağıntılar, yararsız hala düşmüş avtomobillər, minatəmizləmə fəaliyyətlərinə cəlb edilmiş xüsusi təlim keçmiş siçanlar və mina aşkarlayan itlərin görüntüləri də yer alıb.
Sərgi 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Gününə həsr olunub və dünya ictimaiyyətinin diqqətini Azərbaycanın mina probleminə yönəltmək məqsədi daşıyır.
Qeyd edək ki, Azərbaycan dünyada mina təhlükəsindən ən çox əziyyət çəkən ölkələrdəndir. 30 illik işğal dövründə Ermənistan silahlı birləşmələri tərəfindən tarixi torpaqlarımızda 1 milyondan çox mina basdırılıb. Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir və hazırda bu fəaliyyətin 90 faizindən çoxu ölkənin daxili resursları hesabına həyata keçirilir.
4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyası tərəfindən müəyyən edilib və hər il qeyd olunur. Bu tarix çərçivəsində Azərbaycan BMT-də bir sıra tədbirlərə təşkilatçılıq edəcək.





"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












