“BMW-X5” qəza törətdi, 3 azyaşlı ölümdən döndü

Lənkəranda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Ələt-Astara magistralının 202-ci kilometrliyində, rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini Zaur Xanməmmədovun idarə etdiyi “BMW-X5” markalı minik avtomobili Lənkəran rayon sakini Saleh Mahmudovun idarə etdiyi “Niva” markalı, minik avtomobilinə çırpılıb. Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib. “Niva”nın sürücüsü Saleh Mahmudov, onun həyat yoldaşı Samirə Mahmudova və 24 yaşlı qızı Arzu Mahmudova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. İlkin müayinədən sonra Samirə Mahmudova stasionar müalicəyə cəlb olunub. Digər iki xəsarət alana isə müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hadisə zamanı "Niva"da 3 azyaşlı uşaq da olub. Xoşbəxtlikdən onların heç biri xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












