BNA-dan qarlı hava ilə bağlı AÇIQLAMA - sürət həddi endirilib

Qarlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh yolunun Əmircan döngəsindən Bakı Olimpiya Stadionunadək olan hissəsində sürət həddi 40 km/saat, qalan hissələrində, eləcə də Zığ-Hava limanı yolunda isə 20 km/saat həddində endirilib. Bu barədə Avtosfer.az-a BNA-dan məlumat daxil olub. Bildirilir ki, səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.
Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb. Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənib.
Bir daha hərəkət iştirakçılarından ehtiyyatlı olmalarını, sürücülərdən sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA
Yağışlı havada maşın sürərkən bunlara diqqət edin - EKSPERT
Azərbaycan səfirliyinə qarşı təxribat; Rusiyadakı oyunları kim təşkil edib? - AÇIQLAMA
İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatdı - FOTOLAR - VİDEO - YENİLƏNİB
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"










