BNA və "BakuBus"un Lökbatan sakinlərinə yarımçıq köməyi - FOTO

Bu həftə 130 saylı marşrutla bağlı qərar Lökbatan sakinlərini sevindirdi. Qərara görə 12 dekabrdan etirbarən marşrut həm köhnə yoluna qayıdaraq 20 yanvar dairəsinədək hərəkət edir, həm də daşımanı BakuBus həyata keçirir.
Bura qədəri əla, amma...
Dahi Nizami deyirdi:
Köməyi dəyməyən acıdil insan, yaxşıdır yarımçıq əl tutanlardan.
Bəli, Bakubus, daha doğrusu BNA Lökbatan camaatının köməyinə çatdı, amma yarımçıq. Xəbərlərdə deyilir ki, xəttin 20 Yanvaradək uzadılması əhalinin işini asanlaşdıracaq. İlk baxışdan belədir. Lakin bu ərazidə yaşayan biri kimi bilirəm ki, vaxtilə son dayanacaq 20 Yanvar olduqda tıxaca görə bəzən axşam saat 10-da yola düşən avtobus Lökbatana gecə yarısı çatırdı. Ya da məcburən yolu dəyişib Yasamalla gedirdi. Dayanacağın Avtovağzal stansiyasına çəkilməsində də bu amil öz sözünü dedi. Üstəgəl, söhbət lökbatanlıların və Xocəsən əhalisinin işini asanlaşdırmaqdırsa, bunu nə üçün metro stansiyasının açılışına sayıllı günlər qalmışkən edirlər? Yeni stansiya açıldıqdan sonra Xocasəndə yaşayanların 20 Yanvara gəlməsi üzağı 15 dəqiqə çəkəcək. Kiminsə metro ilə 10 dəqiqəyə gələ bildiyi yolu tıxacda avtobusla gələcəyinə ən sadəlövh adam da inanmaz.
Yolun o biri başına gəlincə. Avtobusun son dayanacağı elə əvvəlki kimi qaldı. B.Niftəliyev küçəsində xalq arasında “130-un axırıncı dayanacağı” deyilən yerdə (sovet vaxtında salınmış məhəllə olsa da, bu ərazidə küçələr nömrələnməyib, naviqator işləmir). Halbuki avtobuslar daha bir dayanacaq da gedərək küçənin sonunda (xəstəxananın qarşısı, 111-in son dayanacağı) da dayana bilərdi. Üstəgəl, indiki dayanacaq olan ərazidə yol təmirsizdir, avtobuslar dönməyə çətinlik çəkir. Xəstəxananın qarşısında isə yol geniş və asfaltlıdır. Üstəgəl, 130 saylı avtobusun dayanacağının belə seçilməsi B.Niftəliyev küçəsinin başında yaşayan əhalini seçim qarşısında qoyur: ya 1 km yolu piyada gəl, ya da qəsəbədaxili avtobusa əlavə 30 qəpik ödə. Eyni çətinliklə 206 saylı marşrutdan istifadə edənlər də rastlaşırlar.
Nəhayət, cammatın anası-bacısı var və ekologiya məsələsi. 130 və 206 saylı avtobusların son dayanacağının yaşayış binasının altında yerləşməsi bu ərzidə daim səs-küy yaradır. Bununla bağlı yerli sakinlərlə sürücülər arasında dəfələlərlə narazılıq yaranıb. Xüsusən də yay aylarında. Bir də, Bakubus avtobuslarında mühərrik bir qayda olaraq söndürülmədiyi üçün külək işlənmiş qazları evlərə doldurur. Bunun da zərəri arədə danışmaq artıqdır.
Bəlkə də BNA düşünür ki, 130 və 206 saylı avtobusların son dayanacağı dəyişdirilərsə 111 saylı avtobusun gəliri azalacaq. Əgər belədirsə, marketinq siyasətinizə heyran qalmamaq mümkün deyil.
Vüqar Yaşaroğlu
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO

















