"Bozqurd" simvolunu siyasi qalmaqala çevirdilər: Nə baş verir?

Türkçülük faşizm deyil, milli ölçüdür.
Türkiyə Xarici İşlər Nazirliyi Almaniya səfirini UEFA-nın türk futbolçuya qarşı intizam istintaqı ilə bağlı vəziyyətə görə çağırıb.
Bundan əvvəl Almaniyanın daxili işlər naziri Nensi Feser Türkiyə millisinin müdafiəçisi Merih Dəmiralı Avropa çempionatında Avstriya yığmasının qapısına qol vurduqdan sonra göstərilən bozqurd işarəsinə görə tənqid edib və UEFA-ya şikayət ünvanlayıb.
Bunu beynəxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. O özünü "ağıllı" hesab edən alman nazir üçün xatırlatma edib:
Avropada Faşizmin Qurbanları: Almaniya Faşizmi

"Alman faşizmi, xüsusilə Nasist Almaniyası dönəmində (1933-1945), milyonlarla insanın həyatına son qoydu və tarixdə böyük bir qara ləkə buraxdı. Bu dönəmdə faşizm, irqi, dini, siyasi və etnik zəmində bir çox qətliamlar həyata keçirdi.
Holokost Qurbanları
- Yəhudilər: Təxminən 6 milyon Yəhudi qətlə yetirildi. Bu, Nasistlərin "Yekun Həll" (Endlösung) adlandırdıqları planın bir hissəsi idi.
- Qaraçı (Romanlar):220,000 - 500,000 arası Qaraçı qətlə yetirildi.
- Handikaplılar (əlillər) : Euthanasia proqramı çərçivəsində 250,000 handikaplı insan öldürüldü.
- Müxaliflər: Minlərlə kommunist, sosialist və digər siyasi rəqib öldürüldü və ya həbs olundu.
- Homoseksuallar: 5,000 - 15,000 arasında homoseksual insan qətllərə və işgəncələrə məruz qaldı.
- Yehovanın Şahidləri: 2,500 - 5,000 arası Yehovanın şahidləri dini inanclarına görə təqib edildi və öldürüldü.
Avropada ikinci Dünya Müharibəsi Qurbanları
- Hərbi Qurbanlar: Müharibə boyunca milyonlarla hərbi personal həyatını itirdi.
- Mülki Qurbanlar: Bombardmanlar və müharibə əməliyyatları nəticəsində Avropada milyonlarla mülki insan həyatını itirdi".
Ə.Əlibəyli türkçülüyün və onun simvolu olan "bozqurd" işarəsinin arxasında sistematik bir qətliam siyasəti olmadığını deyib:
"Türkçülük, milliyyətçi bir ideologiya olaraq, XIX əsrin sonları və XX əsrin əvvəllərində ortaya çıxdı və Osmanlı İmperiyası və Türkiyə Cümhuriyyətində, Azərbaycanda, hazırda isə bütün türk dünyasında müəyyən bir ideoloji cərəyan oldu və olmaqdadır. Türkçülüyün faşizmə bənzər tərəfləri yalnız Avropada maraqlı dairələrin məqsədli marağından başqa hallarda mübahisə mövzusu deyil, o tam mənasıyla alman faşizmi kimi genişmiqyaslı və sistematik bir qətliam siyasəti aparmayıb, bir millətin tarixinə aidlik nümunəsi və şanlı tarixinə tanınmaqdadır. Başqa heç nə.
Və biz hamımız kimsəyə toxunmadan, alçaltmadan və konslagerlərdə boğmadan türkük, türkçüyük.
Niyəsə eyni çempionatda alman nazirin biədəb işarə göstərən ingilis oyunçu Cud Belinqama "dux"u çatmadı".
Mənbə: Ölkə.az
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev








