"Brilyant əl"-in yol nəzarətçisi, Bakılıların sevimli Qurban dayısı - FOTO

Sovet dövrünün ən məşhur filmlərindən biri olan "Birliyant əl"-in çəkilişləri Bakı şəhərində də baş tutub. Baş rolun ifaçısı Yuri Nikulin və Andrey Mironovun Bakıda çəkilişlərinə aid bu günə qədər yerlər qalmaqdadır. Xüsusilə İçərişəhərdə Yuri Nikulinin "Черт побери" ( Lənət şeytana) ifadəsi səslənən və qoluna daş qaşlar sarılan yer indi də ən çox ziyarət edilən yerlərdən biridir.
Filmdə epizodik olsa da bir rolun ifaçısı Bakının məşhur yol tənzimləyicisi kimi xidmət edən Qurban Əhməd oğlu Mazanov idi.
1970-ciilin əvvəllərində Bakıda yol tənzimləyicisi işləyən Qurban Mazanovu demək olarki, hamı tanıyırdı. Hər gün yüzlərlə insan onun işini izləyirdi. Millisionerdə bu ustadlığa hamı həsəd aparırdı və onu "yolun drijoru”, "aktyor-milisioner” adlandırırdılar.
Onun bu qeyri-adi bacarığı "Вечерняя Москва" qəzetində də dərc edilmiş və qəzetdə Moskva nizamlayıcılarına Qurbanın bu ustalığından öyrənmək tövsiyyə olunmuşdur.
Bu sahədə işlədiyi iyirmi il ərzində, onun mükafatları çox idi. Onun haqqında hətta keçmiş SSRİ-də məşhur olan "Огенек” jurnalında da məqalə dərc olunmuşdur. Bəs necə oldu ki, o, məşhur rejissor Qaydayın diqqətini cəlb edə bildi ?
Bakıda “Birliyant əl ” filminin çəkilişləri başlayanda İçərişəhərdə qonaq olan zaman yerli sakinlərin bir xahişi olur. "Qayday filmində Bakılıların sevimlisi olan Qurban kişiyə kiçik də olsa rol versin"
Qayday onun xidmət etdiyi əraziyə gəlib Qurban Mazanovu avtomobildə oturub izləyir. Kiçik uşaqların və yerli sakinlərin sevərək "Qurban dayı" deməsi onun xoşuna gəlir. Ssenaridə belə bir şey yox idi, amma rejissorun öz filmində Qurban Mazanovu harada və necə çəkəcəyi barədə kortəbii fikir yarandı. Ssenariyə belə bir səhnə əlavə edilir:
" Şəhərin bu küçəsində, Şərq ölkəsi oldiğu üçün maşın, piyada, eşşək, dəvə qarmaqarışıqlığı yaranırdı və bu yol nəzarətçisi nəqliyyata o qədər məharətlə nəzarət edirdi ki, hətta eşşəklər, dəvələr də ona tabe olurdu"
Qurban Mazanov yol nəzarətçisi kimi məharətlə yanaşı, heyrətamiz görünüşü, artistliyi və parlaq xarizmasına malik idi. Buna görə də təəccüblü deyil ki, Qayday filmindəki uğurlu film debütündən sonra Mazanov daha üç filmdə rol aldı. Rejissor ilə kiçik epizodik rolların ifaçısı Qurban Mazanov arasında dostluq əlaqəsi də yaranır. Bu xarizmalı Göyçəli balası ilə Qayday arasında xoş bir zarafat münasibəti də yaranır.
Pensiya yaşına çatana kimi öz vəzifəsini icra edən Mazanov deyilənə görə Heydər Əliyevin də diqqətini cəlb etmiş idi. Məhz bu xidmətlərini nəzərə alaraq Heydər Əliyev ona pensiyaya çıxanda Leytenant rütbəsi də təqdim etmiş idi.
O,2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Zaur Aliyev , dosent
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA











