Brüssel polisi erməni etirazçıları belə dağıtdı - VİDEO

Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentində Dağlıq Qarabağ bölgəsi ilə bağlı hərbi əməliyyatların müzakirə olunduğu gün keçirilən Ermənistana dəstək aksiyası polis tərəfindən dağıdılıb.
“Qafqazinfo” “Politico.eu”ya istinadən xəbər verir ki, polisin verdiyi məlumata görə, etirazçılar təyin olunan vaxtda dağılışmayıb və Brüsselin ən işlək küçələrindən biri olan “Rue de la Loi” küçəsinin altından keçən tuneli bağlayıb. Bundan sonra polis etirazçılara qarşı təzyiqli sudan istifadə edərək onları dağıtmağa çalışıb.
“Etirazçılara getmələrini söylədik, lakin onlar könüllü olaraq bunu etmədilər, bu səbəbdən təzyiqli sudan istifadə etməli olduq”,- deyə Brüssel polisinin sözçüsü qeyd edib.
Etirazçıların bununla yanaşı sosial məsafə qaydalarına əməl etmədiyi və maska taxmadıqları qeyd olunub.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












